!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO yeni düşmənini elan etdi

!Reklam – Yazi

Ötən gün Londonda keçirilən NATO-nun 70 illiyi sammitinin yekun bəyannaməsində Alyansın yeni “düşməni” elan olunub.

Yenicag.az xəbər verir ki, yekun sənədəd ənənəvi olaraq “terrorizmin bütün növləri və təzahürləri ilə mübarizə” çağırışı ilə yanaşı ilk dəfə olaraq Çinin artan nüfuzu və beynəlxalq siyasətinə vurğu edilir.

Çin ilk dəfə olaraq NATO-nun bəyannaməsində Çinin artan gücünün qeyd olunmasını ekspertlərlə müzakirə etmək, bunun hansı anlama gəldiyini, Pekinin artıq Qərb üçün yeni düşmən olduğunu soruşmaq olar. Növbəti “soyuq müharibə” Qərb və Çin arasında gedəcək?

Qeyd etmək olar ki, son illərdə Çin xarici siyasətdə xeyli fəallaşıb, bir neçə il əvvəl ilk xarici hərbi bazasını Cibutidə qurub. Afrikada böyük yatırımlar həyata keçirir. Bir neçə ay əvvəl İran və İraqla yüz milyard dollarlıq anlaşma əldə edib, Suriya hakimiyyətinə maliyyə dəstəyi verir. Dekabrın 27-də Fars körfəzində İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək. Bu, NATO-nun narahatlğının haqlı olduğunu göstərən əlamələr hesab oluna bilər.

www.yenicag.az

958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv