!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO yeni mərkəz açdı

!Reklam – Yazi

NATO sualtı obyektlərin mühafizəsi mərkəzi açıb.

Yenicag.az “The New York Times“ nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, general-leytenant Hans-Verner Virmann (Hans-Werner Wiermann) bildirib.

Virmann bildirib ki, Şimali Atlantika Alyansı, Rusiya tərəfdən mümkün təhlükə ilə əlaqədar, sualtı boru kəmərlərinin, kabellərin və digər vacib infrastruktur obyektlərinin mühafizəsi üçün yeni mərkəz açıb.

Qeyd olunub ki, belə bir zərurət ötən ilin sentyabrında Baltik dənizində “Şimal axını” qaz kəmərlərinin partladılmasından sonra yaranıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında Baltik dənizində “Şimal axını” qaz kəmərlərində baş vermiş partlayışlar səbəbilə kəmərin istismarı dayandırılıb və bu hücumların arxasında kimin dayandığı hələ də müəyyən edilməyib./apa/

 

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv