!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO yoxsa Rusiya savaşı: Hansı qalib gələcək?

!Reklam – Yazi

9349_rod28ar7o9Natiq Miri: “Qarşıdurma olduğu təqdirdə, birmənalı olaraq Rusiya az bir zamanda NATO qarşısında diz çökəcək bir duruma gələcək”

Moskvanın son illər aqresivləşməsi və başqa dövlətlərin ərazisini işğal etməsi fonunda NATO-da onun qarşısını almaq üçün Rusiya sərhədlərində aktivləşir. Bu fonda iki güc arasında ziddiyyətlər daha kəskin xarakter almağa başlayıb. Hər iki tərəf öz gücünü digərinə göstərməklə dünyaya meydan oxumağa çalışır. Bu fonda maraqlıdır, görəsən gərginləşən bu ziddiyyətdən kim üzü ağ çıxacaq, NATO, yoxsa şimal ayısı?

Politoloq Natiq Miri Yenicag-az-a açıqlamasında əminliklə söylədi ki, savaş başlayacağı təqdirdə, NATO birmənalı olaraq Rusiya üzərində qələbə çalacaq: “NATO ilə Rusiya arasında savaş başlayacağı təqdirdə, kimin ondan qələbə ilə çıxacağını bilmək üçün ilk öncə tərəflərin mövcud potensialını hesablamaq lazımdır. Bu gün NATO dünyada yeganə, alternativsiz hərbi güc mərkəzidir. 5 Rusiya dövləti belə NATO-ya üzv ölkələrin iqtisadi gücü qarşısında çox zəif durumdadır. Hazırda hərbi gücü də müəyyənləşdirən iqtisadi gücdür. Bu baxımdan iqtisadi qüdrət təbii ki, NATO ölkələrinin tərəfindədir. Başqa bir tərəfdən, NATO-nun hərbi sistemi mükəmməl bir sistemdir. O baxımdan həmin qüvvələr arasında qarşıdurma olduğu təqdirdə, birmənalı olaraq Rusiya az bir zamanda NATO qarşısında diz çökəcək bir duruma gələcək. Buna qətiyyən şübhəniz olmasın.

Rusiya hələlik bu basqı siyasətini NATO-nun Moskvanı ciddi şəkildə qarşısına alacaq qədərdir. NATO Rusiyanı qarşısına aldığı təqdirdə Moskva dərhal geri çəkiləcək. Sadəcə o zamana qədər Moskva bir növ aqressiv siyasət yürüdür ki, özünün geosiyasi maraqlarını təmin etsin. Ancaq bu siyasət artıq Avroatlantik məkanda qəbul olunmur. Əksinə, Moskvanın aqressiv siyasəti NATO-nun qarşılıqlı, adekvat siyasətilə qarşılanır ki, bu da heç cürə Rusiyanın maraqlarına xidmət edən vəziyyət yaratmır. O baxımdan ki, Moskvanın belə hərəkəti NATO üçün xüsusən Rusiya sərhədləri boyunca genişlənmə siyasətinə rəvac verdi. Artıq bundan sonra NATO-nu kimsə dayandıra bilməz. Rusiya Krım işğalı ilə yanlışlığa yol verdi və belə aqressiv siyasətilə Qərb dünyasını özünə qarşı qaldırdı. Artıq buz yerindən tərpənib, prosesi dayandırmaq mümkün deyil”.

ELÇİN

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv