Navalnı yenidən məhkəməyə gətirildi

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə gətirilib.

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, siyasətçi Moskvanın Babuşkinski məhkəməsinə gətirilib.

Bu gün burada Navalnıya qarşı açılmış iki cinayət işi üzrə ayrı-ayrı məhkəmə prosesləri keçiriləcək.