Hazırda həbsdə olan Rusiyanın müxalifət lideri Aleksey Navalnı 15 prinsipə əsaslanan siyasi platformasını açıqlayıb.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Navalnı Ukraynanın 1991-ci ildə beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətlə yanaşdığını bəyan edib.
Məlumata görə, Navalnı Rusiyanın Ukraynanı “rahat buraxması və inkişafına mane olmaması”nın vacibliyini bildirib:
“Ukraynanın hansı sərhədləri var? Rusiyanın olduğu kimi – 1991-ci ildə beynəlxalq səviyyədə tanınan sərhədləri… Biz də Rusiya olaraq o zaman Ukraynanın həmin sərhədlərini tanımışıq.
Rusiya indi də Ukraynanın vaxtilə tanıdığı sərhədlərini qəbul etməlidir. Burada müzakirə ediləcək heç nə yoxdur”.
Xatırladaq ki, Navalnı 2014 və 2016-cı illərdə Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar vermişdi.