Navalnıdan “Vaqner” şefinə qarşı İDDİA: “Priqojin saxlandığım həbsxanaya gəldi və…”

“Priqojin həmin həbsxanaya bir yox, iki dəfə gəlib və məhkumlara “qarmaq” atıb”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnı “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin onun saxlandığı həbsxanadakı məhkumları öz ordusuna cəlb etməyə çalışdığını yazıb.

Navalnının “Instagram” hesabında Priqojinin həmin həbsxanaya iki dəfə gəldiyi qeyd olunub:

“Sən demə, Putinin “aşpaz”ı Priqojin öz döyüş dəstələrinə cəlb etməyi düşündüyü məhkumlara “qarmaq” atmaq üçün mənim saxlandığım həbsxanaya gəlib.

Deyilənə görə, Priqojin həbsxanaya helikopterlə gəlib. Daha sonra həbsxana rəhbərliyinin iştirakı ilə məhbusları stadiona toplayıblar. Priqojin kiçik boylu və keçəldir.

Məhkumlara deyib ki, özüm on il təpik döymüşəm, sizi öz döyüş dəstələrimin hücum qüvvəsi olmağa çağırıram. Yarım ildən sonra hamınız əfv ediləcəksiniz. Düşünmək üçün beş dəqiqə vaxtınız var.

Onun bu təklifinə səksən-doxsan məhbus razılıq verib. Priqojin həmin həbsxanaya bir yox, iki dəfə gəlib və yenə məhkumlara “qarmaq” atıb”.