Salexard məhkəməsi Navalnının anasının şikayətinə yalnız iki həftədən sonra bağlı qapılar arxasında baxacaq.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Salexard Şəhər Məhkəməsi Lyubmila Navalnayanın oğlu Aleksey Navalnının cəsədinin təhvil verilməməsi ilə bağlı şikayətinə martın 4-ü saat 09:00-da baxacaq.
Məhkəmə bağlı qapılar arxasında keçiriləcək.
Bundan əvvəl Navalnının müttəfiqi İvan Jdanov bildirmişdi ki, Lyudmila Navalnaya Rusiya İstintaq Komitəsinin oğlunun cəsədinin təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Dünən o, Rusiya prezidenti Vladimir Putinə müraciət edərək cəsədin dəfn edilməsi üçün verilməsini tələb edib.
İstintaq Komitəsi Navalnının ölüm şəraitinin araşdırılmasını əsas gətirərək onun cəsədini buraxmaqdan imtina edir.
Xuraman Etibarlı