Aleksey Navalnının vəkili və anası Salekhard meyitxanasına buraxılmayıb. Onlara bildirilib ki, siyasətçinin meyiti burada deyil. Halbuki, Rusiya Federal Penitensiar Xidməti meyitin orada olduğunu bildirmişdi.
Yenicag.az xəbər verir ki, bu barədə rus teleqram kanalları vəkilə istinadən məlumat yayıb.
“Koloniyanın işlədiyinə və Navalnının meyitinin orada olduğuna dair verilən zəmanətlərə baxmayaraq, o, meyitxana vəkil üçün bağlıdır. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona dedilər ki, bu gün zəng edən yeddinci şəxsdir. Onların meyitxanasında Alekseyin cəsədi yoxdur”, – məlumatda deyilir.