Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
***
15;26
Rusiya müxalifətinin əsas liderlərindən biri olan Aleksey Navalnı “Qütb canavarı” 3 saylı islah koloniyasında (İK) dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A. gəzintidən sonra özünü pis hiss edib və dərhal huşunu itirib “, – məlumatda deyilir.
Onun ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.