!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan 2018-ci ildə “Gənclər Paytaxtı” seçilməyə iddialıdır

!Reklam – Yazi

Naxçıvan 2018-ci ildə “Gənclər Paytaxtı” seçilməyə iddialı namizəddir.

Hər birimiz sayta daxil olaraq qədim Naxçıvanımıza səs verək! (www.genclerpaytaxti.az)

Naxcivantv.az xəbər verir ki, Azərbaycanın “Gənclər Paytaxtı”nın seçilməsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir.

Dövlət Proqramının əhatə etdiyi dövrə uyğun olaraq bu il də ölkənin bir rayon və ya şəhəri “Gənclər Paytaxtı” elan ediləcək.

“Gənclər Paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

İnternet səsverməsi vasitəsilə həyata keçirilən müsabiqədə səsvermə www.genclerpaytaxti.az saytında təşkil edilir.

Naxcivantv.az Naxçıvan Televiziyasının gənc əməkdaşları tərəfindən hazırlanan videoçarxı təqdim edir.

 

www.yenicag.az

3487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv