Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib.

Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı.