Naxçıvan Ali Məclisində 2 komitə ləğv edildi

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

Yenicag.az xəbər verir ki, yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb. 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb.

Komitələr daimi fəaliyyət göstərəcək. Həmçinin sessiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiqlənib.