Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub.

Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

G.Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

COP29