!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Naxçıvan Azərbaycanla Türkiyənin ofşoru olsun" - Abdurrahman Dilipakdan maraqlı təklif

!Reklam – Yazi

– Fransadan Bakıya süd göndərmək Trabzondan Bakıya süd göndərməkdən daha rahatdır
– Gömrükdə bürokratik əngəllər aradan qaldırılmalıdır
– ABŞ Trampın timsalında intihar edib
– Dünyanın 140 ölkəsində təşkilatlanan FETÖ kimi örgütü 3-5 ilə məhv etmək mümkün deyil

Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq konfrans keçirilir.

Konfransa qatılanlar arasında Yeni Akit qəzetinin yazarı Abdurrahman Dilipak da var. Abdurrahman Dilipak Yenicag.az-a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

– Abdurrahman bəy, xoş gördük.

– Xoş gördük.

– Azərbaycana ilk dəfədir gəlirsiniz?

– İlk dəfədir ki, Azərbaycana gəlirəm. Çox səyahət edən biriyəm. Odur ki, mənim üçün çox fərqli gəlmədi. İslam və türk kökənliyiksə, hamımız bir-birimizə bənzəyirik. İranı, İraqı, Suriyanı görmüsən və Türkiyədə yaşamısansa, Azərbaycanda daha da fərqli bir şey görmək çətindir. Çünki bənzərliklər çoxdur. Türkiyənin özündə belə İzmirlə Mardin, Hakkari ilə Trabzon eyni deyil. Türkiyədə yaşamısınızsa, hər yer doğmadır. Hər yerdə, xəyallarda, musiqilərdə Azərbaycan var.

– Keçmişə nəzərən Azərbaycanla Türkiyə münasibətləri tamamən fərqli müstəviyə keçib. Son dönəmlər qardaşlıqdan strateji ortaqlığa doğru addım atıldı.

– İki ölkə arasındakı əlaqələr daha da yaxşı inkişaf edə bilər. Bu münasibətlər hələ son deyil. Dünənə görə çox irəlidə olsaq da, getməli olduğumuz yola görə, işin başlanğıcındayıq.

– Azərbaycan Türkiyə münasibətlərinin inkişafı üçün təklifləriniz nədir? Xalqlar bir-birini sevir, iqtidarlar arasında da bir problem yoxdur.

– Ölkə rəhbərləri bəzi müqavilələr imzalayır, ancaq praktikada bunlar həyata keçirilmir. Fransadan Bakıya süd göndərmək Trabzondan Bakıya süd göndərməkdən daha rahatdır. Biz qonşuyuq, ancaq bəzi bürokratik əngəllər var. Biz bir-birimizə əlimizdəki malı satmaq barədə deyil, “qardaşımın nəyə ehtiyac var?” deyə düşünsək, daha yaxşı olar. Azərbaycanlılar türkləri, türklər də azərbaycanlıları “trampilin” kimi istifadə etməlidir. Azərbaycanlılar Türkiyəyə gəlib qalmamalı, oradan da dünyaya çıxmalıdırlar.

Naxçıvanda yaşayan hər kəsin Türkiyədə sərbəst hərəkət, ticarət haqqına sahib olması lazımdır. “Greencard” kimi bir şeydən istifadə etmək olar. Bütün azərbaycanlılar Türkiyəyə sərbəst şəkildə gələ, ticarətlə məşğul ola bilməlidirlər. Naxçıvanla Türkiyə sərhədində sərbəst ticarət bölgəsi qurulmalıdır. Gömrükdə bürokratik əngəllər aradan qaldırılmalıdır. TIR-lar gəlib sərhəddə qalmamalıdır. Həm Azərbaycanın içərisində türk iş adamları üçün, həm də Türkiyədə azərbaycanlı iş adamları üçün sərbəst bölgə yaradılmalıdır. İki dövlət, bir millət deyirik. Bunları da həyata keçirsək, iç-içə keçərik. Azərbaycanlı biri Türkiyəyə gələrkən şəxsiyyət vəsiqəsini göstərib keçə bilməlidir. Fransadan Almaniyaya keçərkən sizə kim sual verir? Türkiyə ilə Azərbaycan arasında da belə olmalıdır. Vətəndaşlarımız niyə görə gömrükdə saatlarca gözləməlidir? Bunları həll etməliyik. Biraz daha irəli şeylər düşünməliyik.

– Bu dedikləriniz mümkünsüz məsələlər deyil. Bəs niyə olmur?

– Çünki irəliyə doğru düşünmürük, bürokratik əngəllər var, yeni fikirlərə alışıq deyilik. Halbuki, 2025-ci ildə siber dövr başlayacaq. Hər şey dəyişəcək, robotlar insanların arasına qatılacaq və s. Ancaq biz hələ də öz aramızda əngəllər yaradırıq. Azərbaycanla Türkiyə içi-içə keçə bilər və Naxçıvan bunun üçün ən yaxşı fürsətdir.

Türkiyə Naxçıvana doğru irəliləyəcək, Türkiyə də Naxçıvana doğru. Azəraycan Naxçıvana İrandan çətinliklə gedib-gələ bilir. Artıq Naxçıvanla Türkiyə bütünləşsin. Türkiyənin ofşoru yoxdur. Naxçıvan Azərbaycanla Türkiyənin ofşoru olsun. Azərbaycan parlamenti Naxçıvana özəl status verər, Türkiyə də Naxçıvana özəl bir status verər. Oradan bütün dünyaya çıxarıq. Oraya məxsus bank qurmaq olar. Yeni xəyallar qurmaq lazımdır. Xəyallar gerçəklərin anasıdır.

– BMT-nin son toplantısında ABŞ-ın İranı, İranın da ABŞ-ı ittiham etməsini necə qiymətləndirirsiniz?

– ABŞ Trampın timsalında intihar edib. ABŞ köç anlaşmasından, insan haqları konseyindən çıxdı, müharibə çağırışları etdi. Terror təşkilatlarını dəstəkləyir. Dostlarına silah satmır, ancaq terror təşkilatlarına silah dolu TIR-lar verir. Bütün bunlar ABŞ-ın özünü inkar etməsindən başqa bir şey deyil. Tramp meydan oxuyur. Rəcəb Tayyib Ərdoğan sülh mesajları verdi, Suriyadan köçənlərə diqqət çəkdi, BMT-nin yenidən qurulmasını təklif etdi. BMT-nin yenidən qurulması gündəmə gəldiyi üçün Türkiyə İstanbulda bu fikrin tərəfdarları ilə birlikdə toplantı keçirə bilər.

– Naxçıvanın ofşor zona olmasını təklif etdiniz. Naxçıvana Türkiyənin dəstək verdiyini, hətta türk əsgərlərinin orada olduğunu bilirik. Sizin dedikləriniz isə daha irəliyə gedir.

– Mən qonşumla hər səhər necə salamlaşıramsa, naxçıvanlı da o şəkildə rahat Türkiyəyə gələ bilməlidir.

– Bu təklifi siz verirsiniz. Bəs dövlətlərin belə bir addım atmasını gözləyirsiniz?

– Gözləyirəm. Onun üçün bunları deyirəm.

– Türkiyə və ya Azərbaycan dövlətinə bununla bağlı təklifiniz olub?

– Burada sizə dedim, konfransda da bu barədə danışacam, televiziya proqramım var, orada da bunu anladacam. Daha əvvəl söylədiyim kimi Naxçıvan Türkiyənin, Türkiyə Naxçıvanın şansıdır. Naxçıvan Azərbaycanla Türkiyənin şansıdır.

– FETÖ məsələsində bəziləri yumşaq davranırlar və FETÖ-nün bitdiyini söyləyirlər. Ancaq bunu doğru fikir saymıram.

– Bu yanlış düşüncədir. Hər həftə həbslər olur. Türkiyədə iqtidarda olan AK partiyanın 3-də 2-si FETÖ ilə təmasda olan insanlardır. Hələki bu məsələ bitməyib. Bu təşkilatın beynəlxalq qolu, finans tərəfi, media yönü deşifrə edilməyib.

FETÖ məsələsi hələ də davam edir. Bu məsələ dünən başlamadı, sabah da bitməyəcək. Dünyanın 140 ölkəsində FETÖ təşkilatlanıb. Belə bir örgütü 3-5 ilə məhv etmək mümkün deyil.

Söhbətləşdi Aqil Ələsgər
Qələmə aldı Səxavət Məmməd

www.yenicag.az

13400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv