Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir

Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) məlumat yayıb.

Bildirilib ki, yollarda yaranmış kəskin buzlu və qarlı şəraitlə əlaqədar 25 fevral 2025-ci il tarixindən etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar 22 fevral 2025-ci il tarixində Naxçıvan-Bakı-Naxçıvana istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılmışdı:

“Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.