Naxçıvan daxili işlər naziri vəzifəsindən azad edildi – YENİ TƏYİNAT / FOTO

Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Azər Zeynalovun digər sərəncamı ilə Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.