Naxçıvan MR DGX-nın rəisi Səhət Həbibbəyli ilə Naxçıvan MR Maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib.
Yenicag.az xəbər verir ki, hər iki şəxs Naxçıvanda gömrüyündə təsbit olunan korrupsiya faktları ilə bağlı DTX-də ifadə vermək üçün Bakıya gətirilib.
Qeyd edək ki, hazırda Naxçıvanın Maliyyə naziri vəzifəsində çalışan Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Muxtar Respublika gömrüyünün maliyyə şöbəsinə baxırdı.