Naxçıvan DYP-yə rəis müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin olunub.

Yenicag.az  xəbər verir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.

M.Məmmədovu bu gün Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi Ayaz Quliyev heyətə təqdim edib./Apa/