Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 yanvar 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 688 nəfər artdığını açıqlayıb.

Beləliklə, Naxçıvan əhalisinin sayı 452 min 831 nəfər olub.