Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 1 may 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3778 nəfər artaraq 453 min 763 nəfər olub.