Naxçıvan əhalisinin sayı artıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 1 iyul 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4139 nəfər və ya 0,9 faiz artıb. Hazırda muxtar respublika əhalisinin sayı 450 min 772 nəfərdir.

Yenicag.az