Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv edildi – Baş İdarə yaradıldı

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Yenicag.az bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd edək ki, bundan öncə Naxçıvan DTX-si ləğv edilmiş, yerində Baş İdarə yaradılmışdı.