Dünən cəbhənin Füzuli istiqamətində şəhid olan zabitimz Rasim Məmmədovun cənazəsi ötən gecə doğulduğu Naxçıvan MR-ə aparılıb. Naxçıvan öz şəhidini qürurla qarşılayıb! Minlərlə adam Naxçıvan aeroportuna toplaşıb, Qarabağla bağlı şüarlar səsləndirib. R.Məmmədovun cənazəsi bu saatlarda torpağa tapşırılıb.
Şəhidin qarşılanmasından foto və videoları təqdim edirik: