Naxçıvan Qarnizonunda hərbi təlimlər həyata keçirilir

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək.

Təlim avqustun 24-dək davam edəcək.