Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları Naxçıvan-Bakı reysi ilə Muxtar Respublikaya gələn, narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən Naxçıvan şəhər sakini Abbas Səfərovu saxlayıblar.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, yoxlama zamanı A.Səfərovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam edir.