Naxçıvan sakinini əqrəb sancdı

Naxçıvan sakinini əqrəb sancıb.

Yenicag.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Nazim Nağı oğlu Zeynalovu əqrəb sancıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir./apa