Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ev 3b ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqov Elsevər Sadıq oğluna məxsus çörək sexində plandankənar yoxlama aparılıb.

Agentlikdən Yenicag.az-a bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üşün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən edilib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.

Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

COP29