!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvana 15 sm qar yağdı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.

ETSN-dan Yenicag.az-a verilən məlumata görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artıb və hazırda artım davam edir.

Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında 0-2 mm, Böyük Qafqazda 3-18 mm, Naxçıvan MR-da 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm, Qazax-Gəncə zonasında 3-15 mm, Kiçik Qafqazda 10-13 mm, Mərkəzi-Aran rayonlarında 2-10 mm, Lənkəran-Astara zonasında 6-49 mm yağıntı qeydə alınıb.

Qar örtüyünün hündürlüyü: Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.

www.yenicag.az

4515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv