Naxçıvanda 10 sm-ə qədər qar yağdı – FOTO

Naxçıvan Muxtar Respublika ərazisində gecə saatlarından başlayaraq qar yağışı müşahidə olunur.

Yenicag.az  xəbər verir ki, gecə saatlarında başlayan qar dağ və dağətəyi rayonlarda 6-10 sm-dən artıq olub. Dağ yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.

Hazırda muxtar respublika ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.