Naxçıvanda ağır qəza – Ölən və yaralananlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Qəza zamanı avtomobillərdə olan bir neçə sərnişin də ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.