Naxçıvanda ağır yol qəzası – Ölən var

Naxçıvan şəhərində yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərdə bildirilib ki, avqustun 25-də saat 8 radələrində Naxçıvan şəhəri ərazisində Şərur rayon sakini Kamal Camallının idarə etdiyi “Hyundai” və Şahbuz rayon sakini Fikrət Qaybalıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə F.Qaybalıyevin sərnişini Rafiq Qaybalıyev hadisə yerində ölüb.

Naxçıvan şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.