Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları artdı

Bu ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasında aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb.

Yenicag.az  xəbər verir ki, bu ilin ilk 5 ayında həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.

Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.

COP29