!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

!Reklam – Yazi

 

naxchivandhdhNaxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar respublikada da hər rayonun dövlət nömrə nişanları olub:

“Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən, 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunub.

Bildiyimiz kimi, muxtar respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi buraya gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb. Beləliklə, muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranıb. Bu təlabatı ödəmək üçün muxtar respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınıb”.

Qərara alınıb ki, muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilsin:

Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz – 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75

Aydın Ağayev qeyd etdi ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.(Naxcivanxeberleri.com)

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv