Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Babək rayon icra başçısının müavini işdən azad olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən çıxarılıb.

İcra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.