!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda əhaliyə verilən təbii qazın limiti artırılsın - TƏKLİF

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

Yenicag.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

Deputat qeyd edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqqının artırılmasını təklif edib./unikal

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv