Naxçıvanda gənci öldürən şəxslə bağlı qərar verildi

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində həmyaşıdı 2005-ci il təvəllüdlü Tuncay Abdullayevi qətlə yetirməkdə təqsirləndirilən Rəhman Süleymanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Yenicag.az xəbər verir ki, Babək Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Rəhman Süleymanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.