Naxçıvanda məşhur general-leytenant işdən çıxarıldı – Yeni təyinat

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.

Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.

N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.

Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.

Qeyd edək ki, o, “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb. Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun кomandiri general-mayor Münasib Balaca oğlu Babayevin əmisi oğludur. Bəhmənin bir qardaşı general-mayor Rasim Babayev də Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır.

Bu vəzifədə olan general-leytenant Niyaməddin Tağıyev isə qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub. O isə Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin bacısı oğludur.