Naxçıvanda miqrasiya proseslərinə nəzarət gücləndirilir

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, oktyabr ayında xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb.

Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Oktyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.