Naxçıvanda Nərimanovun abidəsi yerinə qaytarıldı – FOTO

Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki heykəli yerinə qaytarılıb.

Yenicag.az xəbər verir ki, aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub.

İcra Hakimiyyətindən bildirilib ki, heykəl mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib.

//apa