Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəsisləri tərəfindən yüksək dağlıq ərazilərdə qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ordubad və Şahbuz rayonlarında qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə qarın hündürlüyü Ordubad
rayonunun yüksək dağlıq ərazisi sayılan Parağaçay istiqamətində 3000 metr yüksəklikdə 11 santimetr, 2300 metr yüksəklikdə 7 santimetr, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 santimetr qeydə alınıb.
Mütəxəssislər digər marşrutlar üzrə də qarölçmə işlərini davam etdirirlər.