Naxçıvanda qəza: Yaralı var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin “Atabəylər” küçəsində qeydə alınıb. 75 BC 601 dövlət nömrə nişanlı “Kia” markalı avtomobil velosipedlə hərəkət edən 2005-ci il təvəllüdlü İbrahimli Okan Hamlet oğlunu vurub. O Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, xəstəyə sağ dirsək və sağ ayaq qapağının yerdəyişməmiş sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29