!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvanda toylarda yemək verilməyəcəyi iddaları barədə rəsmi AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Bakıda Daimi Nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddalara münasibət bildirib.

Daimi Nümayəndəlikdən “Report”a deyilib ki, bu məlumat əsassızdır və gəvəzəlikdir.

“Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”, -məlumatda vurğulanıb.

www.yenicag.az

428
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100