Naxçıvan şəhərində zəncirvari qəza olub.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı BMW, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub.
Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır./Azertag/