!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvandan hərəkət edən ilk sərnişin qatarı artıq Məşhəddədir

!Reklam – Yazi

aa85bd2e-1a1a-4a54-beed-b7a6990945e3_292Dekabrın 29-da Naxçıvan Muxtar Respublikasından yola düşən ilk Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı Məşhəd dəmiryolu stansiyasına daxil olub.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, Naxçıvan-Məşhəd və əks istiqamətdə hərəkət edən sərnişin qatarının yola salınması prosesi İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə həyata keçirilib.

M.Vaezi bu istiqamət üzrə qatarın işə düşməsini iki ölkə arasında iqtisadi və turizm sahəsində əməkdaşlığının genişləndirilməsi kimi qiymətləndirib.

Naxçıvan Ali Məclisinin sədri isə bildirib ki, bu addım İranla Azərbaycan arasında sərnişindaşınmanı asanlaşdırmaqla yanaşı, iki millətin daha sıx əməkdaşlıq etməsinə səbəb olacaq.

İran Dəmiryolu Şirkətinin icraçı müdiri Səid Məhəmmədzadə öz növbəsində qeyd edib ki, Naxçıvan-Məşhəd qatarı həftənin bazar və cümə axşamı günləri Naxçıvandan, bazar ertəsi və cümə günləri isə Məşhəddən yola düşəcək.

Yeniçağ.Az

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv