Naxçıvanın daha bir qurumu “gov.az” zonasına köçürüldü

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “shahbuz-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.