Naxçıvanın keçmiş təhsil naziri də həbs edildi

Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.

Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov da həbs edilib.