Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvanın yeni daxili işlər naziri bəlli oldu

Naxçıvan Muxtar Respublikasının yeni daxili işlər naziri təyin edilib.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub.

Qeyd edək ki, Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunub.

Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olunub. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu.

Yenicag.az

www.yenicag.az

1826