Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul etdi

Naxçıvan Beynəlxalq Hava Limanında inşa edilmiş yeni uçuş-enmə zolağına bu gün sınaq məqsədilə ilk hava gəmisi endirilib.

Yenicag.az xəbər verir ki, yeni zolaq hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verəcək.

Bu gün test-sınaq məqsədilə zolağa ilk hava gəmisi endirilib. Və eniş uğurlu olub.