“Naxçıvanla əlaqəni təmin etməyi təklif etmişik” – Paşinyan

Bakı ilə sülh müqaviləsində ərazi iddialarının olmaması, güc tətbiq edilməməsi, diplomatik münasibətlərin qurulması ilə bağlı ifadələr razılaşdırılıb. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS+ konfransında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çıxışı zamanı deyib.

“Ermənistan Azərbaycana Naxçıvanla sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları mexanizmləri vasitəsilə əlaqəni təmin etməyi təklif edib”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, bu gün razılaşdırılmış sülh sazişinin mətni güclü və davamlı sülh üçün sabit əsası formalaşdırır. O, Azərbaycana həmin müqaviləni imzalamağı təklif edib. /unikal

COP29