Nazarbayev Azərbaycana gəlir

nazarbayev7Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək.

Bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib. Onun sözlərinə görə, prezident bu il bir çox ölkələrə səfər edəcək:

“Biz Polşaya səfər edəcəyik. Payızda isə Serbiya dövlətində olacağıq. Eyni zamanda sentyabr ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çində “Böyük 20”-liyin samittinə qatılacaq. Daha sonra Yaponiya, Azərbaycan, Ermənistan və İordaniyaya səfər edəcəyik”.